AZ

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun və TİKA-nın təşkilatçılığı ilə Naxçıvandaşəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

"Bu gün təşkil etdiyimiz iftar proqramında şəhid ailələrimizi, qazilərimizi, dövlət nümayəndələrini, burada yaşayan vətəndaşlarımızı və tələbələrimizi qonaq etdik. Bildiyiniz kimi, bu TİKA-nın burada təşkil etdiyi ikinci iftar proqramıdır. İnşallah, bu proqram ənənəvi xarakter alacaq. TİKA hər il burada belə geniş tərkibli iftar proqramları təşkil edəcək".

 "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.

Baş konsul qeyd edib ki, Ramazan ayı həmrəylik, qardaşlıq və paylaşma duyğularının daha da gücləndiyi bir aydır. Bu ayın ruhuna uyğun olaraq TİKA təkcə burada deyil, Bakıda, Gəncədə və dünyanın bir çox yerlərində iftar proqramları təşkil edib.

Asip Kaya vurğulayıb ki, Naxçıvanda yaşayan şəhid ailələrinin Türkiyənin Çanaqqala şəhərinə aparılması ilə bağlı plan var: "Bu məsələni dərnək rəhbərləri və TİKA nümayəndələri ilə müzakirə etdik. Tədbirlərin proqramına uyğun olaraq ehtimal ki, bu səfər aprel ayının sonu və ya may ayının əvvəlində həyata keçiriləcək. İnşallah, buradan 20-30 nəfərlik bir qrupu bu il mütləq Türkiyəyə göndərəcəyik".

Bəxtiyar ƏLİYEV



Seçilən
91
herbiand.az

1Mənbələr