AZ

İraqdakı ABŞ səfirliyinə dronlar hücum ETDİ

ABŞ-ın İraqdakı səfirliyi dron və raket hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” və AFP məlumat yayıb.

Məlumata görə, martın 18-də səfirliyin yaxınlığında partlayış səsləri eşidilib. ABŞ-nin Bağdaddakı səfirliyi müharibənin başlanğıcından bəri iranpərəst qruplar tərəfindən dəfələrlə hücumlara məruz qalıb.

Qeyd olunur ki, martın 14-də səfirlik ABŞ vətəndaşlarını İraqı dərhal tərk etməyə və diplomatik nümayəndəliklərdən uzaq durmağa çağırıb. “Reuters” mənbələrinin məlumatına görə, martın 17-də ən azı üç dron Bağdad beynəlxalq hava limanı yaxınlığındakı ABŞ diplomatik obyektinə zərbə endirib və C-RAM hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
39
1
redaktor.az

2Mənbələr