AZ

“Biz futbol oynamadıq"

“Budyo-Qlimt”in baş məşqçisi Kjetil Knutsen komandasının Çempionlar Liqasından kənarlaşmasını şərh edib.  

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

“Biz futbol oynamadıq, biz anın məsuliyyətini düşünərək oynadıq və bu məsuliyyət bizim üçün həddən artıq ağır oldu. ‘Sportinq’ isə heç nəyə baxmadan meydana çıxdı, biz isə ilk toxunuşdan etibarən nəticələr barədə düşünürdük. Bu da bizi passiv etdi.

Dəqiq deyə bilmərəm ki, niyə hər şey bu cür bitdi, amma yalnız nadir anlarda hansısa quruculu oyun göstərə bildik. Biz öz kimliyimizdən və əslində necə oynamalı olduğumuzdan çox uzaq idik”

Norveç təmsilçisi 1/8 final mərhələsində iki oyunun nəticəsinə görə “Sportinq” klubuna uduzub. İlk oyun “Budyo-Qlimt”in 3:0 hesablı qələbəsi ilə başa çatsa da, cavab görüşündə “Sportinq” norveçliləri 5:0 hesabı ilə darmadağın edib.

Seçilən
37
90deqiqe.az

1Mənbələr