AZ

Qlobal silah ixracını altı ölkə nəzarətə götürüb

ain.az bildirir, Reyting.az portalına istinadən.

2021-2025-ci illəri əhatə edən məlumatlara əsasən, dünya üzrə əsas silah ixracı bir neçə ölkənin əlində cəmləşib. Statistikaya görə, ABŞ təxminən 42 faiz payla əvvəlki kimi liderliyini qoruyur və digər ixracatçıları böyük fərqlə qabaqlayır.

Reyting.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmasına əsasən, silah ixracatçıları siyahısında ABŞ-dan sonra Fransa, Rusiya, Çin və Almaniyadır.

Məlumata görə, son illərdə Almaniya Çini ötərək dördüncü yerə yüksəlib. Bu isə Almaniyanın dünya silah ixracının təxminən 6 faizini təmin etməsi deməkdir.

Cənubi Koreya da sürətlə böyüyən yeni oyunçulardan biridir və artıq qlobal silah bazarında təxminən 3 faiz paya malikdir.

Mütəxəssislər ABŞ-ın üstünlüyünü yüksək texnologiyalı silah sistemləri, güclü hərbi sənaye və üzv olduğu beynəlxalq ittifaqlarla izah edirlər. Xüsusilə, Avropada təhlükəsizlik narahatlıqlarının artması son illərdə silaha tələbatı yüksəldib.

Çin Xalq Respublikası əsasən Asiya, Afrika və Yaxın Şərq bazarlarında fəaliyyət göstərir. Cənubi Koreya isə daha münasib qiymətlər, sürətli istehsal və müasir texnologiyalar sayəsində silah ixracını genişləndirərək yeni müştərilər cəlb edir.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
reyting.az

1Mənbələr