
"Ölüm fani dünyada adi şeydir, bizim üçün şəhid olmaq zatən məqsəddir. Üç sui-qəsddən sağ çıxdım, dördüncü də şəhid ola bilərəm. Buna hazıram”.
Missiya.Az xəbər verir ki, bunu İranın Ali rəhbərinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi deyib.
O bildirib ki, bu müharibənin sonunda ABŞ Prezidenti Donald Trampı Epişteyn adasına göndərmək və onun karyerasına son qoymaq əsas məqsəddir:
“Eyni zamanda təcavüz Amerika üçün daha bahalı olacaq. İran nüvə hüququndan imtina etməyəcək və uran ehtiyatlarını heç kimə verməyəcək", - deyə Səfəvi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az