AZ

DİQQƏT: Azərbaycanda hərbçilərə erməni dili öyrədiləcək? KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Gələcəkdə hərbi xidmətdə olan şəxslər üçün xarici dil hazırlığının genişləndirilməsi məsələsi gündəmdədir. Xüsusilə, regionda baş verən proseslər və Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti fonunda erməni dilinin hərbi qulluqçulara tədrisinin mümkünlüyü müzakirə olunur. Bəs gələcəkdə Azərbaycan ordusunda əsgər və zabitlər üçün erməni dili kurslarının tətbiqi nəzərdə tutula bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu istiqamətdə müəyyən təcrübə artıq mövcuddur və hazırda da davam edir.

Ekspert qeyd edib ki, həm Azərbaycanda, həm də Ermənistanda hərbi qulluqçular üçün qarşı tərəfin dilinin öyrədilməsi ilə bağlı kurslar var və bu proses bu gün də mövcuddur.

“Tərəflər arasında hələ sülh müqaviləsi imzalanmadığı üçün bu cür dil hazırlığı daha çox informasiya əldə etmək və qarşı tərəfi daha yaxşı anlamaq məqsədi daşıyır.

Qonşu ölkələr bir-birinin dilini bilməkdə maraqlıdır. Əvvəllər bu, əsasən qarşı tərəfin nə danışdığını, nə düşündüyünü anlamaq üçün idi. Amma dillərin öyrənilməsi təkcə münaqişə ilə bağlı deyil”.

Ekspert əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçular üçün müxtəlif xarici dil kursları mövcuddur.

“Hazırda ingilis, alman, fransız və ərəb dili üzrə təlimlər keçirilir və zabitlər bu kurslarda iştirak edərək bilik və bacarıqlarını artırırlar.

Azərbaycan hər il NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində yüzlərlə tədbirdə iştirak edir. Bu tədbirlərdə dil bilən zabitlərin iştirakı həm ölkə üçün rahatlıq yaradır, həm də hazırlıq səviyyəsinin göstəricisi kimi qiymətləndirilir”.

Ekspertin fikrincə, erməni dilinin tədrisi daha çox zabit heyəti üçün аktualdır, əsgərlər üçün isə bu, geniş şəkildə tətbiq olunmur. Bununla belə, ali təhsilli və maraqlı olan hərbi qulluqçular fərdi qaydada müxtəlif dilləri öyrənə bilərlər.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
konkret.az

2Mənbələr