AZ

Ən çox qiymətləndirilməyənlər – SİYAHI

Dünya futbolunun ən çox qiymətləndirilməyən oyunçularının siyahısı hazırlanıb.

Msport.az xəbər verir ki, siyahıda ümumilikdə 18 futbolçunun adı yer alıb.

Mütəxəssislərin fikrincə, bu oyunçular göstərdikləri performansla müqayisədə layiq olduqları diqqəti görmürlər.

Siyahının ilk pilləsində “Real”ın yarımmüdafiəçisi Federiko Valverde qərarlaşıb. Ondan sonra müvafiq olaraq Harri Maquayr (“Mançester Yunayted”) və Bernardo Silva (“Mançester Siti”) gəlirlər.

Siyahıda həmçinin Harri Keyn, Maykl Olise (hər ikisi “Bavariya”), Joao Neveş (PSJ), Viktor Osimhen (“Qalatasaray”) və Yurrien Timberin (“Arsenal”) də adları var. Siyahının sonunda isə “Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanov yer alıb.

Qeyd edək ki, “Bavariya” 3 futbolçu ilə siyahıda ən çox təmsil olunan klubdur.

Seçilən
21
msport.az

1Mənbələr