AZ

Tramp NATO nu günahlandırıb: alyansı nə gözləyir?

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

ABŞ-nin İrana qarşı hazırkı hərbi əməliyyatlarında heç bir köməyə ehtiyacı yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Prezident Donald Tramp çərşənbə axşamı günü Ağ Evdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, əksər NATO müttəfiqləri bir çoxlarının qanunsuz saydığı münaqişəyə müdaxilə etmək istəmədiklərini bildiriblər. “Avropa və Şimali Amerikanın 32 ölkəsindən ibarət alyans çox axmaq bir səhv edir”, - deyə o vurğulayıb.

Uzun müddətdir NATO-nu tənqid edən və alyansı ABŞ-nin maliyyə resurslarından və hərbi gücündən sui-istifadə etməkdə günahlandıran Tramp blok üzvlərinin geri çəkilməsini "böyük sınaq" adlandırıb.

“Lakin onların hərəkətləri məni təəccübləndirmir. Biz həmin ölkələri qorumaq üçün ildə yüz milyardlarla dollar xərcləmişik. Deməli, biz onları qoruyacağıq, amma onlar xüsusən də çətin vaxtlarda bizim üçün heç nə etməyəcəklər”, - Ağ Ev rəhbəri “Truth Social” platformasında belə yazıb.

Xatırladaq ki, ötən həftə Amerika lideri bir sıra ölkələri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün dəniz missiyasına qoşulmağa və hərbi gəmilərini ora göndərməyə çağırmışdı. Eyni zamanda, xəbərdarlıq etmişdi ki, müttəfiqləri Hörmüz boğazı ətrafındakı vəziyyətin həllində iştirakdan imtina edərsə, NATO-nu "qaranlıq" gələcək gözləyir.

Bundan əvvəl Avropa İttifaqının Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina etdiyi bildirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
azertag.az

3Mənbələr