AZ

Türkiyə bu il Akkuyu AES-dən elektrik istehsalınaBAŞLAYACAQ

Türkiyə Akkuyu AES-in birinci blokundan elektrik istehsalına bu il başlamayı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar NTV-yə açıqlama verib.

Nazir bildirib ki, “bütün səylərimiz bu ilk reaktorun bu il ərzində ilk elektrik enerjisini istehsal etməsini təmin etməyə yönəlib. Bizim fikrimizcə, hər şey qrafik üzrə gedir. Tikinti təxminən 99% tamamlanıb və yalnız bir faiz iş qalıb. Bu, bəlkə də bir neçə aylıq işdir. Lakin nüvə elektrik stansiyasının istismara verilməsi aylarla davam edən yüzlərlə mərhələni, o cümlədən sınaq proseslərini əhatə edir. Buna görə hələ görüləsi çox vacib işlərimiz var”.

Akkuyu AES-in birinci enerji blokunun tikintisi təxminən tamamlanmaq üzrədir, lakin stansiyanın tam istismara verilməsi hələ vaxt aparacaq.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
22
1
redaktor.az

2Mənbələr