AZ

Ümumdünya Səhiyyə Təşkilatı nüvə fəlakətinə hazırlaşır

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ və İsrailin İranla müharibəsi fonunda nüvə silahından istifadə və ya nüvə obyektinə hücumla bağlı ssenarini nəzərdən keçirir.

Reyting.az xəbər verir ki, bunu ÜST-nin Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balkhi deyib.

H. Balkhi bildirib ki, ən pis vəziyyət ssenarisi nüvə insidentidir: “Bizi ən çox narahat edən də budur. Nə qədər hazırlaşsaq da, heç bir şey regiona - və əgər bu baş verərsə, bütün dünyaya dəyəcək zərərin qarşısını ala bilməz və nəticələri onilliklər ərzində hiss olunacaq”.

Onun sözlərinə görə, ÜST işçiləri nüvə obyektinə hücum və ya nüvə silahından istifadə də daxil olmaqla, “geniş mənada” nüvə insidentinə hazır olsalar da, bunun baş verməyəcəyinə çox ümid edirlər.

“Bu günə qədər Yaxın Şərqdə radioaktiv çirklənmə əlamətləri müşahidə edilməyib. Ancaq bir nüvə hadisəsi insanları təhlükəli səviyyələrdə radiasiyaya məruz qoyarsa, bu, ağciyərlərə və dəriyə əhəmiyyətli dərəcədə dərhal zərər verə bilər, həmçinin xərçəng və psixi sağlamlıq problemləri riskini artıra bilər”,- Balkhi izah edib: “Düşünürəm ki, istər qəsdən, istərsə də təsadüfən əvvəlki hadisələrin tarixini oxuyanlar nədən danışdığımızı dəqiq başa düşürlər”.

Regional direktor əlavə edib ki, ÜST öz işçilərinə nüvə insidentinə necə reaksiya verməli, o cümlədən ictimai sağlamlıq riskləri və insanların özlərini qorumaq üçün hansı tədbirləri görmələri barədə məsləhətlər verir.

E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
9
reyting.az

10Mənbələr