AZ

Töhmət alanların DİQQƏTİNƏ: Karyeranız təhlükədə deyil!

İşçi işəgötürən tərəfindən ona verilən töhmətin əsassız olduğunu iddia edir. O, sosial mediada etdiyi paylaşımda qeyd edib ki, haqsız yerə töhmət alıb.

Maraqlıdır, belə halla qarşılaşan vətəndaşlar töhmətin əsassız olduğunu necə sübut edə bilərlər?

Vəkil
Turan Abdullazadə

Məsələ haqda NOCOMMENT.az-a danışan vəkil Turan Abdullazadə deyib ki, Azərbaycan qanunvericiliyinə görə töhmət almış işçi sonradan başqa yerdə işləmək hüququndan məhrum edilə bilməz:

“Əmək Məcəlləsinə görə töhmət işəgötürən tərəfindən tətbiq olunan intizam tənbehidir; yalnız həmin iş yeri və əmək münasibətləri çərçivəsində hüquqi nəticə doğurur.

Yəni töhmət cinayət və inzibati məsuliyyət deyil. Bu səbəbdən “qara siyahı” effekti yaratmır. Töhmət yeni işə qəbul üçün hüquqi maneə deyil; əvvəlki işəgötürən tərəfindən digər işəgötürənlərə “ötürülə” bilməz.
Töhmət istisna hallarda xüsusi sahələrdə (məsələn, dövlət qulluğu, məhkəmə, hüquq-mühafizə, təhlükəsizlik orqanları) – intizam məsuliyyəti etik və reputasiya meyarı kimi qiymətləndirilə bilər. Amma təkcə töhmət avtomatik qadağa yaratmır. Əgər şəxs intizam pozuntusuna görə işdən çıxarılıbsa (maddə 70, 72 və s.) – bu artıq işdən azad edilmə səbəbi kimi CV-də və ya şəxsi işdə problem yarada bilər”.

“İşəgötürənin töhməti əsas gətirib ona təzyiq edərək işçinin başqa yerdə işləməsinə mane olması, arayışlarda və ya şifahi şəkildə işçinin reputasiyasını qəsdən zədələməsi qanunsuzdur.

Buradan da aydın olur ki, töhmət yalnız daxili intizam tədbiridir. Başqa yerdə işləməyə heç bir hüquqi qadağa yaratmır”, – vəkil vurğulayıb.

Seçilən
33
nocomment.az

1Mənbələr