Bakı, 18 mart, AZƏRTAC
İstedadlı uşaqları tapmaq, kəşf etmək və onlara imkan yaratmaq lazımdır. Bir musiqiçinin yetişməsi üçün 20 il vaxt tələb olunur. Bu proses getməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda martın 18-də keçirilən ictimai dinləməsində Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib.
O, istedadların aşkar edilməsinin vacibliyini vurğulayıb: “Onlar çox olmur və bu reallıqdır. Elə sənət növləri var ki, həmin sahələrdə yalnız çox istedadlı insanlar fəaliyyət göstərə bilər. Amma bunun üçün şərait yaradılmalıdır. Dövlətin əsas məqsədi elə bir şərait və sistem formalaşdırmaqdır ki, istedadlı uşaqları və gəncləri kəşf etmək, onlara imkan yaratmaq mümkün olsun və gələcəkdə onlar Azərbaycan mədəniyyətini təmsil edə bilsinlər”.
Müəllif – Tərgül Babayeva
Foto – Aydın Məmmədov