AZ

Nazir: Təhsilverənlərin  atestasiyasının nəticələri  məyusedici oldu

"İlk dəfə olaraq ötən il incəsənət məktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirilmişdir. 

Bu il isə daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaqdır. Artıq fevral ayından bu prosesə başlanılıb"

Ölkə.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimli Milli Məclisdə “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir deyib ki,  ölkə üzrə fəaliyyət göstərən 237 incəsənət məktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrinin qiymətləndirilməsi prosesi bu il tamamlanmış olacaqdır.

"Ötən il attestasiya prosesində iştirak edən təxminən 4 min müəllimin 80 faizi bu mərhələni uğurla keçib. Bu göstərici bir tərəfdən sistemdə mövcud olan sağlam pedaqoji potensialı, digər tərəfdən isə inkişaf tələb edən sahələri aydın şəkildə ortaya qoyub",-nazir qeyd edib. 

Nazir əlavə edib ki, atesstasiya zamanı ciddi problemlər ortaya çıxıb:"Keçən il keçən il keçirilən atestasiya fərqli idi. O zaman  nəticələrdə  məyusedici məqamlar var idi. Çünki ortaya bu cür təhsil verən kateqoriya ortaya çıxdı.  Bunu başqa cür adlandıra bilmərik".
Mürtəza

Seçilən
68
olke.az

1Mənbələr