AZ

Bakının mərkəzində yanan bina haqda dəhşətli FAKTLAR Sakinlər nələr danışdı...

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Martın 17-də Xətai rayonu, Xocalı küçəsi 29 ünvanında baş verən yanğından sonra aparıcı İlkin Həsəninin həyat yoldaşı və digər sakinlər sözügedən binada ciddi problemlər olduğunu bildiriblər. Onların sözlərinə görə, bina rəhbərliyi üzərinə düşən öhdəlikləri yerinə yetirmir və mövcud problemlərin həlli istiqamətində addım atmır. Qeyd edilir ki, bəzi avtomobil sahibləri mənzillərindən həyətə elektrik xətləri çəkərək nəqliyyat vasitələrini şarj edirlər. Həyətdə avtomobillərin həddindən çox olması isə yanğın zamanı fövqəladə xidmətlərin, xüsusilə yanğınsöndürənlərin işini çətinləşdirib.

Bu kimi hallarda bina rəhbərliyinin və sakinlərin təhlükəsizlik baxımından öhdəlikləri nələrdir?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, son hadisə ölkədə çoxmənzilli binaların idarəsində ciddi problemlərin olduğunu bir daha göstərdi:

“Bu sahədə aparılan islahatlar problemləri nəinki aradan qaldırır, hətta vəziyyəti daha da ağırlaşdırır. Təəssüf ki, “bina rəhbərliyi” anlayışı qanunvericilikdə nəzərdə tutulmayıb və belə bir idarəetmə forması mövcud deyil. Binanın idarə olunması formasının seçilməsi birbaşa mülkiyyətçilərin, yəni sahə mülkiyyətçilərinin müstəsna hüququdur. Hər bir sakin çoxmənzilli binanın idarə olunması prosesində iştirak etməlidir. Lakin sakinlər bəzən elə düşünürlər ki, kənardan kimsə gəlib binanı idarə edə və istədiyi qərarları sərbəst şəkildə verə bilər. Bu, düzgün yanaşma deyil. Sahə mülkiyyətçiləri bu prosesdə birgə iştirak etməli və qanun pozuntularına qarşı birlikdə mübarizə aparmalıdırlar”.

R.Osmanlı əlavə edib ki, sakinlərin evlərindən nəqliyyat vasitələrinin şarj olunması üçün kabel çəkməsi yolverilməzdir:

“Qanunvericilikdə bu cür hallara görə məsuliyyət nəzərdə tutulub. Bu iddia ciddi şəkildə araşdırılmalıdır. Nəqliyyat vasitələrinin həyətdə parklanması məsələsinə gəldikdə isə, burada konkret qadağa tətbiq etmək çətindir. Həyətyanı sahə mülkiyyətçilərin ümumi əmlakıdır və ondan istifadə qaydalarını da sakinlər özləri müəyyən edirlər. Lakin parklanma elə təşkil olunmalıdır ki, fövqəladə vəziyyət zamanı xüsusi təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən evakuasiya xidmətlərinin əraziyə daxil olmasına maneə yaranmasın”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr