AZ

Pis yuxuya səbəb olan ikiSƏHV

Yuxu üzrə ekspert Sofi Bostok pis yuxuya səbəb olan iki əsas səhvi açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "HuffPost" yazıb.

Bostok deyir ki, həm yuxunu laqeyd yanaşmaq, həm də ona həddindən artıq fikir vermək zərərlidir. İş, əyləncə və ya ünsiyyət üçün yuxudan imtina etmək sağlamlığa ciddi zərər verə bilər. Eyni zamanda yuxunun keyfiyyətinə görə daimi narahat olmaq da yuxusuzluğa səbəb olur.

“Yuxuya düşmək üçün çox çalışmaq stress yaradır və beyni hazır vəziyyətə gətirir, bu zaman yuxuya getmək mümkün olmur”, — deyə ekspert bildirib.

Yaxşı yuxu üçün Bostok tövsiyə edir: hər gün eyni vaxtda oyanmaq, gündüz açıq havada olmaq və yuxudan bir saat əvvəl sakit mühitdə, telefonsuz istirahət etmək.

Aytəkin TOFİQQIZI

Seçilən
54
1
redaktor.az

2Mənbələr