
Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyaya səfər edib.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
O bildirib ki, Madriddə Zelenskinin iştirakı ilə Ukrayna-İspaniya müdafiə müqavilələri imzalanacaq.
Məlumata görə, Ukrayna lideri burada İspaniyanın Baş naziri Pedro Sançez və İspaniya Kralı VI Felipe ilə görüşəcək.
Qeyd edək ki, Zelenski Britaniyadan İspaniyaya yollanıb.
Daşqın HəsənovMissiya.Az