AZ

İranda ABŞ-yə casusluq edən 4 nəfər həbs EDİLDİ

İran ABŞ-yə işləyən dörd casusu həbs edib

Redaktor.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, İran Kəşfiyyat Nazirliyi 26 əyalətdə keçirilən əməliyyat zamanı müxalif 111 İran vətəndaşını həbs edib və onlardan xeyli miqdarda silah müsadirə olunub.

Bəyanatda bildirilir: “Həmədan və Qərbi Azərbaycan əyalətlərində Amerika rejiminin və onun vəkil xidmətlərinin dörd casusu müəyyən edilərək həbs edilib”.

Qeyd olunur ki, bu şəxslər təhlükəsizlik qüvvələrinin qərargahı, avadanlığı və yeri barədə düşmənə məlumat ötürüblər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
68
redaktor.az

1Mənbələr