AZ

Liverpul Qalatasaray a uduzacağı təqdirdə baş məşqçi Arne Slot istefaya göndəriləcək

Oxumeni.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Liverpul "Qalatasaray"a uduzacağı təqdirdə baş məşqçi Arne Slot istefaya göndəriləcək

"Liverpul" UEFA Çempionlar Liqasının 1/8 finalında Qalatasaray tərəfindən məğlub edilərsə, Arne Slot-u işdən çıxaracaq. Bu barədə İngiltərə mətbuatının yaydığı məlumatda deyilir.

Bildirilir ki, əgər "Liverpu" UEFA Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray" tərəfindən məğlub edilərsə, baş məşqçi Arne Slotla yollarını ayıra bilər. İngiltərə mətbuatında yer alan bu iddia həlledici təkrar oyundan əvvəl diqqət çəkib.

TEAMtalk-ın məlumatına görə, "Liverpul" Qalatasaray tərəfindən məğlub edilərsə, rəhbərlik Arne Slotu işdən çıxarmağı düşünür. Hollandiyalı məşqçinin gələcəyi bu matçın nəticəsindən asılı ola bilər.

Belə bir vəziyyət iki komanda arasındakı təkrar oyunun əhəmiyyətini daha da artırır və İngiltərə komandasına təzyiqin artdığını göstərir.

Xatırladaq ki, "Liverpul-"Qalatasaray" arasında oyun bu gün Bakı vaxtı ilə gecə saat 24.00-da keçiriləcək.

Əziz MUSTAFA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
oxumeni.az

2Mənbələr