AZ

Adanaya daha bir “Patriot” yerləşdirilir


Türkiyənin NATO müttəfiqləri Adana viyalətində artıq yerləşdirilən sistemdən əlavə, daha bir “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava məkanımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, Almaniyanın Ramşteyn şəhərindəki Müttəfiq Hava Komandanlığı tərəfindən təmin edilən daha bir “Patriot” sistemi Adanada yerləşdirilir. Yeni sistem artıq mövcud olan İspaniya “Patriot” sisteminə əlavə olaraq yerləşdirilir”, - nazirlik bildirib.
Məlumata görə, “Patriot” sisteminin Adanada “İncirlik” bazasında yerləşdirilməsi nəzərdə tutulur.
Seçilən
40
1
yeniavaz.com

2Mənbələr