AZ

Adanaya daha bir “Patriot” yerləşdirilir

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Türkiyənin NATO müttəfiqləri Adana viyalətində artıq yerləşdirilən sistemdən əlavə, daha bir “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirəcəklər.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava məkanımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, Almaniyanın Ramşteyn şəhərindəki Müttəfiq Hava Komandanlığı tərəfindən təmin edilən daha bir “Patriot” sistemi Adanada yerləşdirilir. Yeni sistem artıq mövcud olan İspaniya “Patriot” sisteminə əlavə olaraq yerləşdirilir”, - nazirlik bildirib.

Məlumata görə, “Patriot” sisteminin Adanada “İncirlik” bazasında yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Adana, Türkiyənin “İncirlik” Hərbi Hava Bazasına ev sahibliyi edir. Bu bazada ABŞ, Qətər, İspaniya və Polşadan olan hərbçilər, eləcə də türk hərbçiləri yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
yeniavaz.com

2Mənbələr