ain.az, Sherg.az portalına istinadən məlumat verir.
ABŞ- İsrail- İran qarşıdurmasının 19-cu günündə tərəflər qarşılıqlı raket zərbələrini davam etdirir. Laricaninin öldüyü təsdiqləndikdən sonra İran Tel-Əvivə genişmiqyaslı cavab hücumu başladıb.
Sherg.az xəbər verir ki, İsrail mediası Laricaniyə aid olduğunu iddia etdiyi əl fotosunu paylaşaraq onun üzüyündən tanındığını bildirib.
Gecə saatlarından etibarən İsrail ordusunun Livan ərazisinə endirdiyi zərbələr nəticəsində azı 33 nəfər həyatını itirib. Eyni zamanda İsrail tərəfi İranın kəşfiyyat naziri İsmayıl Hatibin öldürüldüyünü iddia edib.
İsrailin Baş naziri Benjamin Netanyahu sosial şəbəkədə “sui-qəsd siyahısı”nı nümayiş etdirərək diqqət çəkib.
Bu arada ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığında yerləşən İran raket bazalarına zərbələr endirdiyini açıqlayıb.
Son məlumatlara görə, İranın raket hücumları nəticəsində Tel-Əvivdə ölən və yaralananların olduğu bildirilir. Regionda gərginlik sürətlə artmaqda davam edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.