AZ

Dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir

Bakı. Trend:

Dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğuhaqqında" Qanunda və digər qanunvericilik aktlarında ediləndəyişikliklərdə öz əksini tapıb.

Belə ki, dövlət qulluğu sistemində nəzərdə tutulan daha birdəyişiklik dövlət qulluqçuları üçün müalicə müavinətinin ləğvinəyönəlib.

Mövcud qanunvericiliyə görə, bu müavinət bəzi dövlətorqanlarında çalışan işçilərə hər il məzuniyyətə çıxdıqda və ya ilərzində məzuniyyətə çıxmadıqda əməyin ödənilməsi fondu dairəsindəbir aylıq vəzifə maaşı həcmində müalicə üçün verilənmüavinətdir.

Qeyd edək ki, sözügedən dəyişikliklər dövlət qulluqçularınınəməkhaqqına əlavələrin və dövlət qulluğunda mükafat sisteminin dələğvini nəzərdə tutur.

Seçilən
79
9
az.trend.az

10Mənbələr