Xankəndi stadionu əsaslı təmir olunaraq yaxşı vəziyyətə gətirilsə də, qazon süni örtük olaraq qaldı.
Rekord.az xəbər verir ki, bu stadion 2027-ci ildə Azərbaycanın Özbəkistanla birlikdə U-20 yaş qrupu üzrə dünya çempionatının final matçlarınə qəbul etməyə namizəd stadionlardan biri kimi göstərilir.
Lakin məhz süni örtüklü olması Xankəndi stadionunun şansının üstündən xətt çəkir. Çünki FİFA-nın tələblərinə görə, oyunların keçiriləcəyi bütün stadionlar təbii örtüklü olmalıdır. Bu mənada, əgər Azərbaycanın payına düşəcək hansısa oyunun Xankəndidə keçirilməsini istəyiriksə qazon təbii örtüklə əvəzlənməlidir.