AZ

Abbas Zeynalov Adil Vəliyevin birinci MÜAVİNİ TƏYİN EDİLDİ FOTO

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısına birinci müavin təyin olunub.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı RİH başçısı Adil Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, başçının birinci müavini vəzifəsinə Abbas Zeynalov təyin edilib.

O bu təyinatadək icra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, daha əvvəl RİH başçısının birinci müavini vəzifəsində Elşən Həsənli işləyib. O, ötən ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
4
bakivaxti.az

7Mənbələr