AZ

Bu qəsəbələri əhatə edəcək 17 kilometrlik yeni kanalizasiya kollektoru inşa edilir - Rzayev İman

Hazırda icrası davam etdirilən “Müşfiqabad hövzəsində kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğunun inşası” layihəsi regionun mühüm infrastruktur təşəbbüslərindən biri olmaqla, tullantı sularının idarə olunması, ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.Missiya.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev məlumat verib.O qeyd edib ki, hazırda Müşfiqabad layihəsi çərçivəsində ümumi uzunluğu 17,03 kilometr olan kanalizasiya kollektoru xəttinin tikintisi aparılır. Bu xətt Xırdalan şəhəri ilə yanaşı bir sıra qəsəbələri əhatə edir."Layihə çərçivəsində gündəlik məhsuldarlığı 75 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Qurğunun növbəti mərhələdə əlavə güclə genişləndirilməsi də nəzərdə tutulur. Hazırda kollektor üzrə 7 şaxtada tikinti işləri aparılır. Onlardan 4-də işlər artıq tamamlanıb, 3-də isə tikinti prosesi davam edir",-İman Rzayev bildirib.İman Rzayevin sözlərinə görə, layihənin icra müddəti 3 il olaraq müəyyənləşdirilib. Bununla yanaşı, işlərin daha qısa müddətdə başa çatdırılması hədəflənir. Layihənin maliyyə dəyəri sutəmizləyici qurğu üzrə 102 milyon manat, kollektor xətti üzrə isə 135 milyon manat təşkil edir.

İcra edilən layihə nəticəsində Xırdalan şəhəri ilə yanaşı Masazır, Müşfiqabad, Aşağı Güzdək, 28 May və digər qəsəbələrdə tullantı sularının idarə olunması təmin olunacaq."Bununla yanaşı, Bakı şəhəri üzrə digər kollektor xətləri üzrə də işlər davam etdirilir, həmçinin 3 ədəd nasosxananın tikintisi həyata keçirilir.

Vurğulanıb ki, layihə çərçivəsində təmizlənmiş sular müasir texnologiyalar vasitəsilə emal olunaraq Xəzər dənizinə təhlükəsiz şəkildə yönləndiriləcək. Bu suların gələcəkdə suvarma məqsədilə istifadəsi də mümkün olacaq",-İ.Rzayev əlavə edib.İlahə QənbərliMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr