"Əgər tam sağlam insanlarsınızsa, bayram günlərində yeməklər arasında keçid tədricən olmalıdır".
Redaktor.az xəbər verir ki, bu fikiləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı səsləndirdi.
Həkim vurğuladı ki, yemək yeyərkən tələsməyin:
"Qidanı ağzınızda yaxşı çeynəyin və yemək öyünləri arasında ən azı dörd saat fasilə saxlayın. Bayram günləri bizdə, bildiyiniz kimi, dörd-beş gün davam edəcək. Tövsiyəm odur ki, bu qidaları həmin dörd-beş günə bölmək lazımdır, porsiyalarla yeyin. Hamısı sizindir və onları hissələrə bölərək az-az qida qəbul edin ki, ayın 24-dən işə çıxanda bizə müraciətlər nisbətən az olsun. Bunu vurğulamaq istəyirəm, çünki biz artıq post-Ramazan və post-Novruz bayramı dövründə mədə-bağırsaq xəstəliklərinin kəskinləşmələrinə hazırlaşırıq. Bu pasiyent qrupları hər il eyni şəkildə davam edir. Ona görə əsas yayımlarda məqsədimiz odur ki, insanlarla qidalanma davranışları ilə bağlı müəyyən məlumatları paylaşaq və onlar tələsmədən, rahat şəkildə qidalansınlar".
Nuriyyə NATİQQIZI