Bakı.Trend:
Fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı hərbiəməliyyatlar başlayıb. Bununla yanaşı, İranın Səudiyyə Ərəbistanıvə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə, eləcə də Azərbaycan vəİordaniyaya qarşı hücumlar həyata keçirdiyi iddia olunur.
Trend xəbərverir ki, bunu bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiriİssam bin Saleh Əlcüteyli jurnalistlərə açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, bu hücumlar dron vasitəsilə həyatakeçirilib və əsasən mülki obyektlər, yaşayış məntəqələri, neftinfrastrukturu, hava limanları və diplomatik nümayəndəliklərinyerləşdiyi ərazilər hədəf alınıb. Bildirilib ki, hücumların qarşısıSəudiyyə Ərəbistanı, Körfəz ölkələri və İordaniyanın təhlükəsizlikqüvvələri tərəfindən alınıb.
“İranın bu addımları beynəlxalq hüquq normalarına və xoşqonşuluq prinsiplərinə ziddir. Məsələ ilə bağlı BMT TəhlükəsizlikŞurası tərəfindən müvafiq qətnamə qəbul olunaraq bu cür hərəkətlərpislənib.
Səudiyyə Ərəbistanı hazırda digər tərəfdaş ölkələrlə, o cümlədənAzərbaycanla bu məsələ üzrə koordinasiyalı fəaliyyət göstərir. Bugün Riyadda keçiriləcək fövqəladə iclasda isə mövcud vəziyyətinmüzakirəsi və gərginliyin aradan qaldırılması yolları ətrafındafikir mübadiləsi aparılacaq”.
Səfir əlavə edib ki, iclasda Azərbaycan və digər ölkələrə qarşıhücumların qarşısının alınması, eləcə də bu cür halların təkrarolunmaması ilə bağlı çağırışlar səsləndiriləcək.