AZ

İmkanlı şəxslərin övladı xaricə qaçıb xidmətdən yayına bilməyəcək Yeni qayda

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu qəbul edilib.Həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür. Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilib.Hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında deyib ki, hər bir vətəndaşın hüquqları olduğu kimi, onun vəzifələri də vardır:“Bu vəzifələrdən ən müqəddəsi isə vətən qarşısında hərbi xidmət borcunu ödəməkdən ibarətdir. Az sayda da olsa, elə vətəndaşlar var ki, onlar hərbi çağırışdan üzrlü və ya üzrsüz səbəblərdən yayınmağa çalışırlar. Bəzən isə hərbi çağırışdan yayınan şəxslərin ölkə xaricinə getdikləri məlum olur. Bu vətəndaş hərbi xidmətdən yayınmış olduğu halda, onun ölkədən çıxışına qadağa qoyulmaması, həmin şəxsin hərbi xidmətə cəlb olunması istiqamətində kifayət qədər böyük problemlər yaradır”. O qeyd edib ki, problemlərin aradan qaldırılması üçün qanun çərçivəsində dövlət tədbirlər görmək məcburiyyətindədir:“Bu qanuni tədbirlərdən biri artıq rəsmi olaraq xidmətdən yayınan şəxsin ölkədən çıxışına qadağa qoyulmasından ibarət olacaqdır. Tərəfimizdən qəbul edilən başqa bir dəyişiklik də hərbi xidmətdən üzrsüz səbəblərə görə yayınan şəxslərin artıq cinayət məsuliyyətinə cəlb olunmasından ibarətdir ki, bu da vətəndaşlarımızın çağırış, hərbi xidmətə çağırış və ya hərbi toplanışa dəvət məsələlərində daha məsuliyyətli davranmaları ilə nəticələnəcək”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
143
3
demokrat.az

9Mənbələr