AZ

Rotşild ailəsi “The Economist”dəki payını satdı

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Rotşild ailəsi “The Economist” jurnalındakı bütün payını (26,9%) satıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, Rotşild ailəsinin jurnaldakı payını kanadalı milyarder Stiven Smit və onun ailə holdinqi alıb.

Portalın məlumatına görə, bu, nəşrin 183 illik tarixinin son on ilində baş verən ən böyük mülkiyyət dəyişikliyidir.

“The Economist” jurnalının xüsusi nümayəndəsi razılaşmanın əldə edildiyini təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Rotşild ailəsinin “The Economist”dəki payının 400 milyon funt sterlinq qiymətləndiriləcəyi gözlənilirdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
yeniavaz.com

2Mənbələr