AZ

İsrail Laricanini buna görə hədəf elan etmişdi

İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının qətlə yetirilmiş katibi Əli Laricani 2025-ci ilin sentyabr ayından keçid dövrü üçün ABŞ və İsrailin favorit namizədi idi, lakin indiki müharibədə üç səbəbə görə hücum hədəfinə çevrildi.

KONKRET.az xəbər verir ki, bunu CNN-in əməkdaşı Kristiana Amanpur qeyd edib.

Amanpurun sözlərinə görə, Laricaninin hədəfə çevrilməsinə səbəbləri onun etirazçıları yatırmaq üçün göstərdiyi səylər, ABŞ və İsrailə hücumlara liderliyi, eləcə də SEPAH-ın xüsusən Körfəz Əməkdaşlıq Şurası ölkələrinə zərbə strategiyasının hazırlanmasındakı həlledici rolu olub.

Qeyd edək ki, Əli Laricani ötən gün İsrailin endirdiyi zərbələr nəticəsində ölüb.

Seçilən
21
2
konkret.az

3Mənbələr