AZ

Ermənistanda seçkiöncəsi gərginlik artır: Xarici müdaxilə iddiası gündəmdə

“Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca, iqtidar və müxalifət arasında qarşılıqlı ittihamlar kəskinləşir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Əsədli deyib.

Onun sözlərinə görə, bu gərgin siyasi mübarizənin mərkəzində xarici müdaxilə ehtimalı da var:

“Ermənistanda seçki kampaniyasının xarici müdaxilə iddiaları və daxili siyasi manipulyasiyalar fonunda keçməsi region üçün əlavə risklər yarada bilər. Seçki öncəsi siyasi rəqabət fonunda bəzi qüvvələrin revanşist və ya radikal ritorikaya müraciət etməsi ehtimalı da istisna deyil. Bu isə regionda sülh prosesinin siyasi alətə çevrilməsi riskini artırır”.

Samir Əsədli: Ermənistanın daxili sabitliyi regionun təhlükəsizlik gündəliyinin vacib elementinə çevrilib

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistanın qarşıdan gələn parlament seçkiləri özündə təkcə daxili siyasi yarışı deyil, həm də böyük geosiyasi qarşıdurmanın elementlərini ehtiva edir. Onun sözlərinə görə, Rusiyanın təsiri, Avropa İttifaqının artan iştirakı və regiondakı yeni siyasi balans axtarışları fonunda bu seçkilər Cənubi Qafqazın gələcək siyasi arxitekturasına birbaşa təsir göstərə biləcək mühüm hadisə kimi qiymətləndirilməlidir:

“Seçkilərin hansı nəticə ilə başa çatmasından asılı olmayaraq, Ermənistanın daxili sabitliyi artıq bütün regionun təhlükəsizlik gündəliyinin vacib elementinə çevrilib”.

Aydın Baxış

Seçilən
45
1
bakivaxti.az

2Mənbələr