AZ

İranın Azərbaycandakı səfirinin evini vurdular

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun valideynlərinin yaşadığı ev bombalanıb.

Bu haqda “Yeni Sabah”a müsahibəsində səfir özü məlumat verib. O, bildirib ki, ata və anasının  Tehranda yaşadıqları ev raketlə vurulub:

“Allaha şükür ki, həmin vaxt onlar evdə olmayıblar, amma evə xəsarət dəyib”.

Səfir həmçinin bir neçə qohumunun müharibədə həlak olduğu və yaralandığını da deyib.


Telegram kanalımız
Seçilən
26
13
yenisabah.az

10Mənbələr