AZ

AFFA II Liqa klublarını CƏRİMƏLƏYİB

Apasport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.

16 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Sheki City” – “Kür-Araz” oyununun 42-ci dəqiqəsində “Kür-Araz” komandasının 44 nömrəli futbolçusu Müseyib Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Şəmkir” – “Araz Saatlı” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” komandası 300 manat cərimə edilsin (maddə 86.3);

17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Xankəndi” – “Ağdaş” oyunu “Ağdaş” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Ağdaş” komandası 300 manat cərimə edilsin (maddə 77.4);

17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Qaradağ Lökbatan” – “Göygöl” oyununda “Qaradağ Lökbatan” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna görə “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilsin (maddə 68);

17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Quba” – “Dinamo” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Quba” – “Dinamo” oyununda “Dinamo” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Quba” – “Dinamo” oyununun 53-cü dəqiqəsində “Dinamo” komandasının 11 nömrəli futbolçusu Fizuli Dəmirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 100 manat cərimə edilsin (maddə 44.1);

“Neftçi” 89 yaşını qeyd edir - VİDEO

AFFA nümayəndələri UEFA-nın seminarında

“Neftçi” 89 YAŞINDA!

“Şamaxı”nın futbolçusu Tanzaniya millisinə dəvət alıb

Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
4
apasport.az

8Mənbələr