AZ

"Mağaza satıcısı idim" - Erməni nazir

"Mən mağaza satıcısı idim, atam milyarder deyildi". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan brifinq zamanı deyib. 

"Satıcı, sonra mağaza müdiri, sonra marketinq şöbəsinin müdiri, sonra direktor müavini, mühazirəçi, dosent, iqtisadiyyat üzrə doktorluğa namizəd və parlamentin üzvü kimi çalışmışam. Bütün imtahanlardan yaxşı oxumağım, çalışqanlığım və təhsilim sayəsində keçdim. Bu günə qədər təhsilimi davam etdirirəm, başqa mexanizm yoxdur. İndi müxtəlif təhsil proqramları almışam və bu təhsil proqramları ilə onlayn və oflayn təhsil alıram", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu 

Seçilən
38
unikal.az

1Mənbələr