AZ

İsrail şəhərləri və ABŞ bazaları BOMBALANDI: Netanyahudan ŞOK əmr, İranda isə İZDİHAM

İranın son hücumunda regiondakı bütün ABŞ hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.


Bəyanatda bildirilib ki, 62-ci hücum dalğasında ABŞ-ın hərbi obyektləri, həmçinin İsrail ordusunun Təl-Aviv, Hayfa və digər şəhərlərdəki toplanma məntəqələri və dəstək mərkəzləri hədəf alınıb. Qeyd olunub ki, hücumlar çoxbaşlıqlı “Qədr”, “Hacı Qasim”, “Emad” və “Xeybərşekən” tipli raketlərlə həyata keçirilib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə vida mərasimi keçirilir. “Mehr” xəbər verir ki, Tehranın İnqilab meydanında Laricani ilə yanaşı, “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymani ilə də vida mərasimi keçirilir. Qeyd edək ki, Laricani və Süleymani İsrailin aviazərbələri nəticəsində öldürülüb.
İsrail Müdafiə Qüvvələri (IDF) İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürüldüyünü rəsmən elan edib. İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehrana hədəflənmiş zərbə nəticəsində İranın kəşfiyyat nazirini məhv edib.
Açıqlamada xatırladılıb ki, Xətib 2021-ci ildə Əli Xamenei tərəfindən kəşfiyyat naziri təyin edilib, rejiminin repressiyalarını və terror fəaliyyətlərini dəstəkləməkdə əsas rol oynayan İran kəşfiyyat Nazirliyinə nəzarət edib.
İsrail ordusuna siyasi rəhbərlikdən göstəriş almadan İranın istənilən yüksək rütbəli rəsmisini öldürməyə icazə verilib. İsrailin müdafiə naziri İsrael Katz bildirib. O qeyd edib ki, həm özü, həm də Baş nazir Benyamin Netanyahu buna icazə verib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla İran gündəmini müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
87
47
musavat.com

10Mənbələr