AZ

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ərzurum CənubiQafqaz boru kəməri vasitəsilə 3 milyard 682 milyon kub-metr qaznəql edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni ayındakı göstərici iləmüqayisədə 269,1 milyon kub-metr və ya 7,9% çoxdur.

Ümumilikdə, hesabat ayında magistral qaz kəmərləri ilə 7 milyard446,4 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin yanvar ayınanisbətən 4,8 faiz artım müşahidə olunub. Qazın nəqlinin 49,4 faiziBakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyatakeçirilib.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycansektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasiledilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. CənubiQafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və"Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəqledilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağınınikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmişCənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvilverilməsinə başlanılıb.

Məqalədə:
Seçilən
43
2
az.trend.az

3Mənbələr