AZ

Tərtərdə şəhid ailələri və qazilərə daha 25 mənzil verildi

Tərtərdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 25 mənzil verilib.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tərtərdə yeni inşa olunmuş yaşayış binasından mənzillərin təqdim edilməsi tədbirində iştirak edən nazirliyin Aparat rəhbərinin müavini Nihad Muxtarlı şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.

Qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Müharibədən sonrakı dövrdə onlara 7300-ə yaxın, ümumilikdə isə ötən illər ərzində 16 mindən çox mənzil və fərdi ev təqdim edilib.

Seçilən
39
18
publika.az

10Mənbələr