AZ

SEPAH-dan 3 ölkəyə xəbərdarlıq - "Bu neft obyektlərindən uzaq durun"

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə xəbərdarlıq edib. 

"Unikal" xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir. 

Xəbərdarlıq hər üç ölkədəki aşağıdakı obyetklərin ətrafındakı vətəndaşlara və sakinlərə şamil edilib: 

Samref Neft Emalı Zavodu – Səudiyyə Ərəbistanı; 
Əl-Hüsn Qaz Yatağı – Birləşmiş Ərəb Əmirlikləri; 
Əl-Cübeyl Neft-Kimya Kompleksi – Səudiyyə Ərəbistanı; 
Məsaid Neft-Kimya Kompleksi və Məsaid Holdinq Şirkəti – Qətər; 
Ras Laffan Neft Emalı Zavodu (1 və 2-ci mərhələlər) – Qətər.

Məlumata görə, bu mərkəzlər birbaşa və qanuni hədəfə çevrilib, yaxın saatlarda hədəfə alınacaq. 

Ağarza Elçinoğlu 

Seçilən
60
1
unikal.az

2Mənbələr