AZ

“Artıq komandada nəsə var” – Andrey Demçenko

Misli premyer-liqasının 25-ci turunun açılış oyununda “Araz-Naxçıvan” səfərdə “Şamaxı”ya qalib gəldi - 1:0. “Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Andrey Demçenko oyunsonrası mətbuat konfransında media önünə çıxıb
- Hədəf fasilədən əvvəlki iki oyunda 6 xal qazanmaq idi. Komandanı təbrik edirəm. İlk yarıda imkanlarımız oldu. Artıq komandada nəsə var. Matçın sonları xoş təəssürat yaratmadı. Rəqib uzun topla oynamağa başladı, bu bizə problem oldu. Matç heç-heçə bitə bilərdi. Komandamız müdafiədə yaxşı oynadı, qola imkan vermədi. İki fərqli hissə gördük. Komandanın bərpası üçün belə oyunlar olmalıdı.
- Fasilədən sonra üç ağır oyun olacaq.
- Bəli. Oyunçulara 3-4 gün istirahət verəcəyik. Güclü komandalara qarşı oynayacağıq. Planımızda yoxlama oyunu da nəzərdə tutulub.
- Əsas qapıçınız kimdi?
- Tərlan bu gün yaxşı oynadı, qola imkan vermədi. Təkcə qapıçı yox, komanda oyunu qazandı.
- Ehtiyat oyunçular skamyasında qıtlıq sizi narahat etmir?
- Zədəlilərimiz var. Yavaş-yavaş bərpa olunurlar.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
42
1
football-plus.az

2Mənbələr