AZ

Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR: Tramp elə şeylər dedi ki…

Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp marşrutu” (TRIPP) layihəsinin İranda baş verən proseslər fonunda gecikə biləcəyini açıqlayıb. O bildirib ki, layihə hazırda Donald Tramp administrasiyasının prioritetləri sırasında deyil. Bu isə regionda yeni suallar doğurur.

İranda baş verən hadisələr bu layihəyə konkret olaraq hansı riskləri yaradır?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib:

Vətən

“Bu fikir səslənib amma hələ ki, gecikmənin olacağı ehtimalını gözləmirəm. Qarşımızdakı əsas məsələ riskin olub-olmayacağıdır”.

Layihənin hələ icra olunmadığını deyən politoloq əlavə edib:

“Təxminən 45 km-lik yol çəkiləcəksə, bu o deməkdir ki, hələ tikintiyə başlanılmayıb. Tikilib istifadəyə verilsəydi, vurula bilərdi”.

“Yaxın Şərqdə baş verən hadisədən onsuz da İran ciddi zərbə alıb. Onu ayaqda saxlaya biləcək mexanizmlər qalmayıb. İranda bu baxımdan da vəziyyət çox gərgindir”, — deyə S. Hümbətov qeyd edib.

Dəhlizə kimlərin risk yarada biləcəyini vurğulayan politoloq sonda deyib:

“Potensial olaraq dəhlizə hamilik edən Amerikadır. Və bu da o deməkdir ki, Amerikanın birbaşa nəzarəti var. Ona görə də hesab edirəm ki, Paşinyanın bu sözü müəyyən dərəcədə manipulyativ xarakter daşıyır. Bəlkə də nəbz yoxlamaq kimi ola bilər. Amma bu cür açıqlama ilə Ermənistan layihəni gecikdirə bilməz”.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
36
konkret.az

1Mənbələr