Martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı ilə əlaqədar Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib.
Məktubda deyilir ki, II İlya həzrətlərinin bəşəriyyət naminə fəaliyyəti, Qafqazda sülhün, həmrəyliyin və dinlərarası dialoqun təşviqinə verdiyi töhfələr, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsində göstərdiyi böyük xidmətlər hər zaman ehtiramla xatırlanacaq.