İranda bir İsveç vətəndaşının edam edilməsi ilə bağlı məlumat yayılıb.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı İsveçin xarici işlər naziri Maria Malmö Stengard açıqlama verib. Nazir bildirib ki, bu xəbəri böyük təəssüf hissi ilə öyrənib:
“Bu gün İranda bir İsveç vətəndaşının edam edildiyini böyük təəssüflə öyrəndim”, – deyə o vurğulayıb.
Məlumata görə, edam edilən şəxs ötən ilin iyun ayında İran-İsrail müharibəsi zamanı saxlanılıb. İsveç hökuməti həmin şəxslə bağlı məsələni həbs edildiyi vaxtdan etibarən müxtəlif səviyyələrdə İran rəsmiləri qarşısında qaldırıb.
Qeyd olunur ki, İran hakimiyyəti onu casusluq ittihamı ilə mühakimə edib və hökm icra olunub.
Hadisə beynəlxalq səviyyədə rezonans doğurmaqda davam edir.
Musavat.com