AZ

Sahibə Qafarova Gürcüstan Parlamentinin sədrinə başsağlığı verib

Bakı.Trend:

Martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova BütünGürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İlyahəzrətlərinin vəfatı ilə əlaqədar Gürcüstan Parlamentinin sədriŞalva Papuaşviliyə başsağlığı məktubu göndərib.

Bu barədə Trend-ə Milli Məclisin İctimaiyyətlə ƏlaqələrŞöbəsindən məlumat verilib.

Məktubda deyilir ki, II İlya həzrətlərinin bəşəriyyət naminəfəaliyyəti, Qafqazda sülhün, həmrəyliyin və dinlərarası dialoquntəşviqinə verdiyi töhfələr, ölkələrimiz və xalqlarımız arasındadostluq münasibətlərinin möhkəmlənməsində göstərdiyi böyükxidmətlər hər zaman ehtiramla xatırlanacaq.

Milli Məclisin sədri məktubda gürcüstanlı həmkarına, parlamentinüzvlərinə, dost Gürcüstan xalqına öz adından və AzərbaycanRespublikası Milli Məclisinin üzvləri adından dərin hüznləbaşsağlığı verib.

Seçilən
50
10
az.trend.az

10Mənbələr