AZ

Səfir: Xurma payı Səudiyyə Ərəbistanı cəmiyyətindən azərbaycanlılara qardaşlıq mesajıdır

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan xalqı üçün ümumilikdə 25 ton xurma payı nəzərdə tutulub. Sovqatın 20 tonu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil verildi. Qalan hissəsi isə Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunub. Məqsədimiz İki Müqəddəs Ocağın Xadiminin Azərbaycan cəmiyyətinə olan hədiyyəsini təqdim etmək, sovqatımızı mümkün qədər geniş təbəqələrə çatdırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli deyib.

Səfir bildirib ki, bu addım Səudiyyə Ərəbistanı cəmiyyətindən azərbaycanlılara bu müqəddəs ayda göndərilən sevgi və qardaşlıq mesajıdır.

Seçilən
24
1
azertag.az

2Mənbələr