AAYDA nəzdində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin kollektivi Vətən uğrunda canını fəda etmiş şəhid Rüstəmov Rövşən Orxan oğlunun ailəsini ziyarət edib. 1999-cu il təvəllüdlü, Şamaxı rayonundan olan şəhidimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Ziyarət zamanı kollektiv üzvləri şəhidin anası ilə görüşərək onun qayğı və ehtiyacları ilə maraqlanıblar. Səmimi söhbət zamanı şəhid anası göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, bildirib ki, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən hər zaman diqqətdə saxlanılırlar və bu dəstək onlar üçün böyük mənəvi dayaqdır.
Qeyd edək ki, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC şəhid ailələrinə göstərilən sosial dəstəyi daim diqqət mərkəzində saxlayır. Müəssisə kollektivi yalnız xüsusi günlərdə deyil, eyni zamanda bayramlarda da şəhid ailələrini ziyarət edir, onların yanında olduğunu nümayiş etdirir.
Bu cür təşəbbüslər cəmiyyətimizdə şəhid ailələrinə göstərilən ehtiramın və vəfa borcunun bariz nümunəsidir. Şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, onların ailələri isə dövlət və cəmiyyət qayğısı ilə əhatə olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta