AZ

Yanvar-fevral aylarında Almaniyanın Azərbaycandan idxal etdiyi neftin həcmi məlum olub

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 65,3milyon ABŞ dolları dəyərində bitumu süxurlardan əldə edilmiş 154,7min ton neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 211,3 milyon ABŞ dolları və ya 76,4faiz, həcm baxımından isə 342,6 min ton və ya 68,2 faiz azdır.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 276,6milyon ABŞ dolları dəyərində 500 min ton bitumlu süxurlardan əldəedilmiş neft və neft məhsulları ixrac olunub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dollarıməbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü iləmüqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzindəixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo iləyekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya5,3% azdır.

Məqalədə:
Seçilən
44
4
az.trend.az

8Mənbələr