AZ

AAYDA-nın "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi yollarda təmir işlərini davam etdirir » AzadMedia.az


Dünən gecədən başlayaraq Şamaxı rayonuna yağış yağıb . Güclü yağış nəticəsində Şamaxı -Çuxuryurd-Nağaraxana avtomobil yolunda bir sıra fəsadlar törədib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-nin tabeliyində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi əfindən bəzi ərazilərdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təmir və bərpa işləri aparılır. Xüsusilə adıçəkilən magistral avtomobil yolunda yolun çiyin hissəsində olan çınqıl asfalt beton örtüyünə tökülüb. Görülən tədbirlər nəticəsində yolun həmin hissəsi bərpa olunub.

Mövcud şərait sürücülərin və sərnişinlərin təhlükəsiz şəkildə hərəkət etməsinə imkan verir. Hazırda yol istismarı və texniki baxış işlərinin plan üzrə davam etdirildiyi bildirilir.
Seçilən
60
3
azadmedia.az

4Mənbələr