AZ

Kənd təsərrüfatı üzrə lider ölkələr hansılardır?

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Kənd təsərrüfatı sahəsini inkişaf etdirmək məqsədilə ayrılan torpaqlara görə əlli ən böyük dövlətin reytinqi açıqlanıb. Siyahıya Çin liderlik edir. Siyahıda Çini ABŞ və Avstraliya izləyir.

Reyting.az xəbər verir ki, 2026-cı üçün hazırlanmış yeni infografikada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Dünya Bankının məlumatlarına da istinad edilib.

Bildirilir ki, Çinin ərazisində olan kənd təsərrüfatı torpaqları ümumilikdə 5 milyon kvadrat kilometrdən çoxdur, üstəlik, bu ölkə istehsal və istehlak sahəsində dünya lideridir.

Yeni hazırlanmış infoqrafikaya görə, Rusiya və Kanada kimi daha böyük əraziyə malik ölkələrin şaxtalı iqlimi, eyni zamanda, donmuş torpaqlar səbəbindən adıçəkilən ölkələrdə kənd təsərrüfatına ayrılan yararlı sahələr daha azdır.

Sonrakı yerlərdə ABŞ (4,1 milyon kvadrat kilometr) ilə Avstraliya İttifaqı (3,6 milyon kvadrat kilometr), eləcə də Braziliya (2,3 milyon kvadrat kilometr) qərar tutub. Bu ölkələr müxtəlif məhsullar üzrə ixtisaslaşıblar. ABŞ qarğıdalı, Braziliya soya, şəkər qamışı, Avstraliya isə buğda istehsalında önə çıxıb.

Təqdim edilən reytinq cədvəlində Afrika ölkələrinin də adı var. Sudan, Nigeriya və Cənubi Afrika Respublikası kimi ölkələr xüsusilə böyük kənd təsərrüfatı torpaqları ilə seçilirlər.

Mütəxəssislər bildiriblər ki, böyük ehtimalla qlobal iqlim dəyişiklikləri gələcəkdə kənd təsərrüfatının coğrafiyasını dəyişəcək və bunun da nəticəsində şimal bölgələri əkin üçün daha əlverişli olacaq.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
reyting.az

1Mənbələr