AZ

Məşhur güləşçinin edam təşkilatçısı İSRAİL zərbəsi ilə məhv edildi – FOTO

İsrail hərbçiləri İranın Şiraz şəhərində prokuror köməkçisi və təhlükəsizlik məsələləri üzrə müstəntiq vəzifələrini tutan Məhəmməd Xosravanini öldürüblər.

NOCOMMENT.az xəbər verir ki, Xosravani həmçinin Fars əyalətinin Lar şəhərində müstəntiq kimi fəaliyyət göstərib.

Hüquq müdafiəçiləri və hüquq dairələrində o, məşhur güləşçi Nəvid Əfkarinin məhkəmə təqibinin əsas təşkilatçılarından biri kimi tanınırdı. İddia olunur ki, 2020-ci ildə idmançının ölüm hökmünə və ardınca edamına səbəb olan saxta sübutların hazırlanmasının arxasında məhz Xosravani dayanıb.

Xatırladaq ki, şirazlı yunan-roma güləşçisi Nəvid Əfkari 2020-ci ildə qətl ittihamı ilə asılaraq edam edilmişdi. Onun edamı bütün dünyada böyük qəzəb doğurmuşdu; bildirilirdi ki, Əfkarinin etirafı işgəncə altında alınıb, təqib olunmasının əsl səbəbi isə hökumət əleyhinə etirazlarda iştirak etməsidir.

Sara,
NOCOMMENT.az

Seçilən
44
nocomment.az

1Mənbələr