Bakı. Trend:
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsindəbaharın gəlişinin carçısı olan Novruz bayramı münasibətilə şənliktəşkil olunub.
Tədbir Xaçmaz şəhərindəki Şəxsiyyətlər Parkında keçirilib.
Park ərazisi bayram ab-havasına bürünərək milli ornamentlər vəNovruz atributları ilə bəzədilib. Tədbirdə Xaçmaz Rayon İcraHakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı AğalarVəliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədriMəhəmməd Balaqadaşov, hüquq-mühafizə orqanlarının rəhbərləri,müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri, şəhidailələri, qazilər və rayon sakinləri iştirak ediblər.
Şənlikdə qonaqları Bahar qızı və Dədə Qorqud qarşılayıb. Ardıncaənənəvi bayram tonqalı alovlandırılıb. Milli geyimli qızlar vəoğlanlar tonqal ətrafında dövrə vuraraq yallı gediblər. Tədbirdəmilli adət-ənənələrimiz geniş təbliğ olunub, bayram xonçalarınümayiş etdirilib. Kosa və Keçəl personajları iştirakçılarlayumurta döyüşdürüb, uşaqlara bayram əhval-ruhiyyəsi bəxşediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri bayrammünasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və rifaharzulayıb.
El şənliyində bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığınümunələri, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş stendlərnümayiş etdirilib. İctimaiyyət nümayəndələri rayonda istehsalolunan məhsulların sərgisi ilə tanış olub, bayram süfrələrindəmilli mətbəximizin ləziz təamlarından dadıblar.
Parkda idmançıların və pəhləvanların nümunəvi çıxışları maraqlaqarşılanıb. Yerli mədəniyyət işçiləri tərəfindən hazırlanan genişkonsert proqramında xalq mahnıları, rəqslər və folklor nümunələrisəsləndirilib.
Tədbirdə əsl bayram ab-havası yaşanıb, xaçmazlılar yüksəkəhval-ruhiyyə ilə Novruzun gəlişini qeyd ediblər.